AZ

Alimlərin araşdırması: Uşaqlıqda artıq çəki ömrü iki dəfə qısalda bilər

Alimlərin

Bakı, 15 may, AZƏRTAC

“Stardoo” tibbi-bioloji şirkətindən olan alimlər araşdırıblar ki, erkən yaşlarda güclü piylənmə insanın gözlənilən ömrünü təxminən 50 faiz qısaldır.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri Avropa Piylənmə Araşdırmaları Assosiasiyasının (EASO) konqresində təqdim olunub.

Hesablamalara dörd əsas dəyişiklik daxil edilib: piylənmənin başlanma yaşı, piylənmənin davam etdiyi müddət, geri qayıtmayan risklər toplusu (orqanizm üçün çəki itirildikdən sonra belə qalan fəsadların göstəricisi) və piylənmənin səviyyəsi.

Məlumatlar piylənmə və ikinci növ diabet, ürək-damar xəstəlikləri, qaraciyərin piylənməsi kimi artıq çəki ilə bağlı olan xəstəliklərin mövcud 50 kliniki tədqiqatından götürülüb.

Modelləşdirmə göstərib ki, 4 yaşında piylənmənin ağır formasından əziyyət çəkən və sonradan çəkisini itirməyən uşaqlar təxminən 39 il ömür sürə bilər.

Model onu da aşkar edib ki, daha erkən və daha ağır formada piylənmə yanaşı xəstəliklərin inkişaf riskini artırır. Məsələn, ağır formada piylənmədən əziyyət çəkən insanın artıq 25 yaşında ikinci növ diabetə tutulma ehtimalı 27 faizə bərabərdir, 35 yaşda isə risk 45 faizə çatır.

Alimlər qeyd ediblər ki, uşağın erkən yaşda çəkini ata biləcəyi təqdirdə bu fəsadlardan yaxa qurtarmaq mümkündür. Modelləşdirməyə görə, insanın bədən kütləsi nə qədər tez normaya düşərsə, onun həyatı bir o qədər uzunömürlü və diabet inkişafı riski aşağı olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
35
azertag.az

10Mənbələr