AZ

Çinin növbəti uğuru- Azərbaycana ixracda ilk dəfə Türkiyə və Rusiyanı üstələdi...

Image

Vüqar Bayramov: "Növbəti dövrlərdə də Çin Azərbaycanın əsas idxal tərəfdaşı olaraq qalacaq"

Bu ilin birinci rübündə Çin Azərbaycana idxalda lider olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 134 ölkədən idxal həyata keçiriblər. Xarici ticarət dövriyyəsi 6 milyard 428.2 milyon ABŞ dolları olub. Onun 2 milyard 651 milyon dollarını (31.7 faiz) idxal təşkil edib.

Birinci rübdə Çin Rusiya və Türkiyəni geridə qoyaraq Azərbaycana mal ixrac edən lider olub. Çindən idxalın həcmi 743,7 milyon dollar (ümumi idxalın 20,04%-i), Rusiya Federasiyasından 661,8 milyon dollar (17,83%), Türkiyədən 538,7 milyon dollar (14,51%) təşkil edib.

Çindən idxalın artmasına səbəb olan əsas faktorlar nələrdir?

"Son illər Çindən idxal olunan məhsulların həcmi artıb, bunun səbəbi ondan ibarətdir ki, bu ölkədən yalnız gündəlik istifadə edilən sənaye məhsulları deyil, innovativ emaledici mallar da idxal olunur" 

Millət vəkili Vüqar Bayramov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın əsas ticarət tərəfdaşları arasında Çinin xüsusi payı var: "Uzun müddət Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub. Rusiyadan olkəmizə çoxlu sayda məhsul idxal olunurdu. Ancaq son illər Çindən idxal olunan məhsulların həcmi artıb. Bunun səbəbi ondan ibarətdir ki, qeyd olunan ölkədən yalnız gündəlik istifadə edilən sənaye məhsulları deyil, innovativ emaledici mallar da idxal olunur. Eyni zamanda, avtomobil və digər texnoloji avadanlıqlar da idxal olunur. Bu da idxal həcminin artmasına səbəb olur".

Millət vəkili hesab edir ki, növbəti dövrlərdə də Çin Azərbaycanın əsas idxal tərəfdaşı olaraq qalacaq. Çin məhsullarına tələb artır. Xüsusilə də elektronik avadanlıqlara tələbat yüksəkdir. Çindən idxalın artmasının səbəbi Azərbaycan sahibkarları ilə Çin sahibkarları arasında əməkdaşlığın genişlənməsidir. Çinin yeni texnologiya sahəsində dünyada rolu artır. Sahibkarlar Avropadan avadanlıqları dəfələrlə baha almaqdansa, getdikcə Çindən daha çox almağa üstünlük verir".

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
baki-xeber.com

1Mənbələr