AZ

Qarabağda adladığımız növbəti mərhələ- ÖZƏL

"Rusiya sülhməramlılarının Azərbaycandan, Qarabağ bölgəsindən çıxarılması iki dövlət arasındakı dostluq münasibətlərinin ruhuna uyğundur. Missiya başa çatmış sayıla bilər, baxmayaraq ki, onların müddəti 2025-ci ildə bitirdi. Missiya başa çatdı, yəni Azərbaycanın öz ərazi bütövlüyü, suverenliyini bərpa etdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:

"Qarabağda separatizm bitib, xaricdən zorla köçürülmüş ermənilər Qarabağda qalmayıblar və bütün bu məsələlər bitdiyinə görə sülhməramlı missiyası da yekunlaşıb. Ona görə də təbiidir ki, çıxarılmalı idi və Azərbaycandan çıxırlar. Hər iki ölkənin dövlət rəhbərlərinin çox yaxşı münasibətləri var. Bu məsələlər həmin sıx münasibətlər çərçivəsində tənzimlənib. Burada kimlərinsə neqativ məsələlər axtarmaq və yaxud bu məsələləri neqativ bir şəkildə təqdim etmək cəhdləri yolverilməzdir. Xüsusən xaricdə internet arxasında, monitor arxasında qəhrəmanlıq edən şəxslər, yəni belə məsələlərdən özlərinə xal toplamağa çalışmasalar daha yaxşı olar. Onlar heç zaman Rusiya sülhməramlı qüvvələrinin çıxarılmayacağını deyirdilər. Nəinki deyirlər, bunu geninə-boluna təbliğ eliyir, bundan Azərbaycan dövlətinin rəhbərinə qarşı, Azərbaycan dövlətinə qarşı istifadə edirlər, etməyə cəhd göstərirdilər. Bu gün biz görürük ki, Rusiya sülhməramlı qüvvələri çıxırlar və onların bu tezisləri də işləmədi. Növbəti dəfə biabır oldular. Azərbaycanla Rusiya arasında normal dostluq və qonşuluq əlaqələri mövcuddur. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı tərəfdaşıdır. Ona görə də bütün bu məsələlər fonunda artıq rus sülhməramlılarının da buradan çıxarılması çox təbii bir prosesdir. Azərbaycanın bundan sonrakı hədəflərində ərazilərimizin bərpası, Zəngəzur dəhlizi, sülh sazişi, sərhədlərin delimitasiyası və Qərbi azərbaycanlıların torpaqlarına qayıtması dayanır. Biz beləcə Qarabağda növbəti mərhələni də adlamış olduq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
olaylar.az

1Mənbələr