AZ

Zəlzələnin mövsümü var? - Professordan mühüm açıqlama

İstilər yaxınlaşdıqca, 1999-cu ildə Türkiyədə baş verən "Gölcük" zəlzələsini xatırlayanları qorxu bürüməyə başlayıb. Zəlzələlərin baş verməsi mövsümlərdən asılıdır?

Publika.az xəbər verir ki, məsələ ilə bağlı İskenderun Texniki Universiteti Mühəndislik və Təbiət Elmləri fakültəsinin professoru Semir Över mühüm açıqlamalar verib.

Professor bildirib ki, Türkiyədə son 25 ilin ən böyük zəlzələsi olan 1999-cu ildə "Gölcük" zəlzələsi avqustda, 2023-cü ildə isə Kahramanmaraş mərkəzli zəlzələ fevral ayında baş verib. O, mövsümün və ya hava şəraitinin zəlzələlərlə heç bir əlaqəsi olmadığını açıqlayıb.

“Həddindən artıq isti və ya soyuq olanda insanlarda “görəsən, yenə zəlzələ olacaqmı” sualı yaranır. Zəlzələlərin 5 kilometrdən 60-70 km-ə qədər məsafədə, hətta yerin 600 kilometr dərinliyində baş verdiyi də qeydə alınıb. Səthdə baş verən atmosfer hadisələrinin yerin bu qədər dərinliyində baş verən hadisələrə təsir etməsi mümkün deyil. Zəlzələlər tektonik hadisələrdir, onların hava şəraiti və ya atmosfer hadisələri ilə heç bir əlaqəsi yoxdur”, - professor bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
publika.az

2Mənbələr