AZ

Slovakiyanın sui-qəsdə məruz qalan Baş nazirinin vəziyyəti açıqlanıb - FOTO - VİDEO - YENİLƏNİB

Slovakiya Baş naziri Robert Fitso sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç yara alıb.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Baş nazirin vəziyyətinin ağır olduğu bildirilir.

***

17:08

Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.

APA xəbər verir ki, bu barədə Slovakiya mediası məlumat yayıb.

Hadisə Handlovej şəhərində baş verib.

İlkin məlumatlara görə, Baş nazir Robert Fitso yaralanıb, o, xəstəxanaya aparılır.

Hadisəni törədən şəxs saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
apa.az

4Mənbələr