AZ

Rəqəmsal texnologiyalardan istifadə ucqar yerlərin dirçəlməsində əsas şərtlərdəndir-Eiji İshida

Rəqəmsal texnologiyalardan istifadə ucqar ərazilərin dirçəlməsi üçün əsas şərtlərdəndir. Bunu IDC-nin Yaponiya Məlumat və Analitika Qrupunun Proqram Direktoru Eiji İshida deyib.

"Yaponiyada uşaq doğumu artır, uzun ömürlülük azalır. Bu ciddi problem olaraq qalır. Eləcə də təhsil, kənd təsərrüfatı, səhiyyə sahəsində müəyyən problemlər var.  Biz milli böyük vizion proqramının icrasına başlamışıq. Bu vizion ölkə üzrə özündə əks etdirir. Milli problemlərə yönəlib. İKT  və rəqəmsal siyasətin  rəqəmsallaşmanın gücünə inanırıq. Bu  ölkə iqtisadiyyatına töhfə verəcək. Əgər rəqəmsal texnologiyalardan istifadə edə bilsək, ucqar əraziləri dirçəldə bilərik. Yaponiyada 5G şəbəkəsindən istifadə olunur və bunun təşviqi vacibdir",-  "GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "Sənaye investisiyalarını gücləndirmək üçün dəstəkləyici siyasət strategiyaları” adlı paneldə çıxışı zamanı deyib.
 
Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
anews.az

1Mənbələr