AZ

Taleh Məmmədov karyerasını bitirməyin səbəbini açıqlayıb

“Karyeramı başa vurmağı fikirləşmirdim”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq yunan-Roma güləşçisi Taleh Məmmədov deyib.

O, karyerasını başa vurmasını şərh edib. Məmmədovun sözlərinə görə, buna səbəb 8 ay bundan öncə dizində yaranan zədəyə görə ağır əməliyyat keçirməsi olub: “Bu zədə daha çox futbolçularda olur və bərpa prosesi uzun çəkir. Mən də bu zədədən dolayı tam bərpa ola bilmədim. Lakin indi yavaş-yavaş düzəlməyə başlamışam. Paris-2024 Yay Olimpiya Oyunlarına kimi yığmaya köməklik edəcəm. Amma karyeramı ümumilikdə bitirmək qərarına gəldim”.

O bildirib ki, yaşadığı Zabrat qəsəbəsində güləşi sevənlərin sayı artıb: “Mənə görə güləşlə məşğul olmaq istəyən gənclərimiz artıb. Bu da mənim üçün sevidnirici bir haldır. Güləşi cavanlarımıza və yeniyetmələrimizə sevdirə bilmişəmsə, mənə xoşdur. Elə bu səbəbdən də Zabratda yeni güləş zalı açdım və burada gənclərimizlə məşğul oluram. Hələlik məşqçilik fəaliyyətimə buradan başladım. Gələcəkdə də Azərbaycan Güləş Federasiyası məni dəvət etsə, hər zaman milli komandamızda çalışmağa hazıram”.

Qeyd edək ki, Taleh Məmmədov Avropa çempionatında gümüş və bürünc, dünya çempionatında isə bürünc medala sahib olub.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
idman.biz

1Mənbələr