AZ

Türkiyədən uçan sərnişinlərə təhlükəli yoluxucu xəstəliklə bağlı xəbərdarlıq edilib

Türkiyədən İrlandiyaya uçan adı açıqlanmayan xarici aviaşirkətə məxsus təyyarənin göyərtəsində qızılca xəstəsi olan sərnişin tapılıb.

Publika.az xəbər verir ki, bu barədə “The Irish Independent” məlumat yayıb.

Təyyarə mayın 6-da Antalyadan Dublinə uçub. Uçuşdan bir müddət sonra reysdə olan sərnişinlərə məktub göndərilib ki, onların sərnişinlərindən birinə təhlükəli yoluxucu xəstəlik diaqnozu qoyulub.

Bildirilir ki, 2024-cü ildə üçüncü dəfədir ki, İrlandiyaya səyahət edənlər onları riskə atan yoluxmuş sərnişini barədə xəbərdarlıq alırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
publika.az

1Mənbələr