AZ

BMU-da bütün tələbə və məzunlar üçün karyera festivalı

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə 22 may tarixində “CareerFest BEU 2024” adlı karyera festivalı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki,festivalda tələbələr üçün iş, təcrübə imkanları, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət qurmaq imkanı yaradılacaq. Bununla yanaşı, iştirakçılar yeni rəng, yeni nəfəs, yeni maraqlar qatılan karyera tədbirində interaktiv fəaliyyətlər, musiqili qonaqlar, oyunlar və əyləncəli təcrübələrlə dolu bir gün yaşamaq imkanı əldə edəcəklər.

 

Festival Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına açıq olacaq. İştirak üçün mütləq qeydiyyatdan keçmək (https://ebiletstore.com/event/careerfest-beu-2024) və bilet əldə etmək lazımdır. Qeydiyyatdan keçən şəxslər biletlə yanaşı, şəxsiyyət vəsiqəsini özü ilə götürməlidir. BMU tələbələri üçün qeydiyyatdan keçməyə ehtiyac yoxdur.

 

Festivalda iştirak ödənişsizdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
azedu.az

1Mənbələr