AZ

"Müdafiə Nazirliyinin əsas vəzifələrindən biri Silahlı Qüvvələrin komplektləşdirilməsidir" - Rusiya müdafiə naziri

 
"Qarşıda duran başlıca vəzifə xüsusi hərbi əməliiyyatın məqsədlərinə nail olmaq, qələbəni əldə etməkdir..."
 
Rusiyanın yeni müdafiə naziri Andrey Belousov Federasiya Şurasında çıxış edərkən bəyan edib ki, Müdafiə Nazirliyinin əsas vəzifələrindən biri ölkənin Silahlı Qüvvələrinin komplektləşdirilməsidir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "mentoday.ru" nəşri yazıb.
 
Bu zaman o, vurğulayıb ki,  "söhbət səfərbərlik və ya hər hansı fövqəladə tədbirlərdən getmir".
 
"Lakin buna baxmayaraq, bu proses artıq başlanılıb, söhbət  həm vətəndaşların çağırışı, həm də xüsusilə vacib olan müqavilələr üzrə xidmət keçmədən gedir" - yeni nazir deyib.
 
Xatırladaq ki, Vladimir Putin 2022-ci ilin sentyabr ayında Ukraynaya müharibəyə qismən səfərbərlik elan edib. Bir ay sonra Sergey Şoyqu ehtiyatda olanlardan 300 min nəfərin səfərbər edilməsi barədə hesabat verib. 
 
Ölkədə səfərbərlik Putin tərəfindən müvafiq fərman imzalandıqdan sonra rəsmən başa çatacaq. Belə fərman isə hələlik imzalanmayıb.
 
Belousov qeyd edib ki, müharibə şəraitində başlıca vəzifə "qələbənin əldə olunması, xüsusi hərbi əməliyyatın hərbi-siyasi məqsədlərinə minimal insan itkləri ilə nail olunmasıdır".
 
Onun sözlərinə görə, o, "qarşıya qoyulan vəzifələrin həlli üçün var qüvvəsini, sağlamlığını, lazım gələrsə, həyatını əsirgəməyəcək".
 
Bundan başqa, Belousov Rusiya ordusunun başlıca problemlərini açıqlayıb. 
 
"Hər şeydən öncə söhbət döyüşən qruplaşmanın təchizatı, tədarüklər, ən müasir hərbi və xüsusi texnika tədarükünün, artilleriya döyüş sursatları, raketlər, hərbi qulluqçuların şəxsi mühafizə vasitələri, dronlar, radioelektron mübarizə vasitələri və s. gedir".
 
Xüsusi diqqət yetiriləcək daha bir məsələ hərbi təhsildir. Onun sözlərinə görə, bu sahədə sabiq müdafiə naziri Sergey Şoyqunun gördüyü "böyük işlərə" rəğmən, "müəyyən problemlər yığılıb qalıb".
 
Xatırladaq ki, mayın 12-də Putin baş nazirin sabiq birinci müavini Andrey Belousovun müdafiə naziri təyin edilməsi barədə Federasiya Şurasına təklif irəli sürüb.
 
O, bu postda 10 ildən artıq Müdafiə Nazirliyinə rəhbərlik edən Sergey Şoyqunu əvəzləyəcək. 
 
Belousov heç vaxt orduda xidmət etməyib, iqtisadçıdır. Kreml bu təyinatı rəsmən "ölkə iqtisadiyyatına güc blolunu daxil etmək" zərurəti ilə izah edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
44
moderator.az

10Mənbələr