AZ

Ağdamda yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirildi - FOTOLAR

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Ağdam şəhərində regional müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən podratçı və subpodratçı təşkilatların, tikinti şirkətlərinin, fermerlərin və digər sahibkarların iştirakı ilə keçirilən görüşdə yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər və qarşıda duran məsələlər barədə məlumat verilib.

Qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərində yanğın hallarının baş verməməsi üçün bu ərazilərdə fəaliyyət göstərən sahibkarların, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin və digər sahibkarların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri xüsusi qeyd edilib.

Yekun olaraq tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə infrastruktur layihələrini həyata keçirən sahibkarlara və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, yanğın baş verdiyində yanğınsöndürən texniki vasitələrin su obyektlərinə maneəsiz daxil olmalarının təşkili, yanğına həssas meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamaları barədə çağırış edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
30
unikal.az

10Mənbələr