AZ

Çingiz Mustafayevdan ukraynalı xanımla ailə qurması ilə bağlı xəbərlərə REAKSİYA – ÖZƏL 

Müğənni Çingiz Mustafayev evlənməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, onun mayın 19-da Türkiyənin Kuş adasında ukraynalı xanımla ailə quracağı bildirilib.

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb. 

Çingiz qısa olaraq bunları söyləyib: 

“Bununla bağlı mənə çox sayda zənglər olunub. Amma mən şəxsi həyatımla bağlı məlumat vermək istəmirəm. Evlənəcəyimlə bağlı yayılan xəbərləri nə inkar, nə də ki təsdiq edirəm” 

Qeyd edək ki, Ç.Mustafayev bir müddət əvvəl mətbuata müsahibəsində Azərbaycandan köçəcəyini və Türkiyədə yaşamağı planlaşdırdığını açıqlamışdı. 

Ç.Musatafayevin evlənməsi ilə bağlı xəbəri ilk olaraq “News24” saytı yayımlayıb. 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
461
1
bizim.media

6Mənbələr