AZ

Arayikgilin həbs müddəti uzadıldı

Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumatına görə, Binəqədi Rayon Məhkəməsinə daxil olan müraciətlərdə cinayət işləri üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə bağlı təqsirləndirilən şəxslərinhər birinin həbsdə qalma müddətinin daha bir neçə ay uzadılması istənilib.

Məhkəmənin qərarı ilə ittiham olunan şəxslərin hər birinin həbs müddəti daha 5 ay uzadılıb.

Qeyd edək ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd Xidmətləri, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Onlar xüsusilə ağır cinayətlərdə təqsirləndirilirlər.

Sail Ağasəlim

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
6
qafqazinfo.az

10Mənbələr