AZ

Okan Cimen: "Azercell" ötən il kadr inkişafı üçün 1,3 milyon dollar ayırıb

Azercell ölkədə qabaqcıl texnologiya şirkətidir.

FED.az xəbər verir ki, bunu Azercell şirkətinin prezidentinin icraçı müşaviri Okan Cimen Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında panel müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərcell ancaq vətəndaşlara yox, sənayə də olan şirkətlərə də xidmətə göstərir. İnsan faktoru bizim üçün çox önəmlidir.

Məsələn, ötən il əməkdaşlarımızın bilik və bacarıqlarının artırılması üçün 1,3 milyon ABŞ dolları həcmində vəsait ayırmışıq. Bizim təlim üçün çoxlu imkanlarımız var.

 Biz 5 milyon müştəriyə xidmət edirik, bir gündə 1 milyon data əldə edə bilərik, biz bu datadan istifadə edərək məlumatlar paylaşa bilərik. 

"Biz qlobal şirkətlərlə də, dünya nəhəngləri ilə də əməkdaşlıq edirik. Onların təcrübələrindən istifadə edərək Azərbaycana fayda verməyə çalışırıq. Biz sevgi mühiti yaradırıq ki, insanlar burda çalışmaqdan zövq alsınlar. Biz gənclər üçün, innovatorlar üçün şərait yaratmalıyıq". deyə Okan Cimen əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
fed.az

1Mənbələr