AZ

Ekspert: Azərbaycan ali təhsil modelində dəyişiklik edilməsinə zərurət var

2025-ci ildən Rusiyada “bakalavr” anlayışı olmayacaq.
Bu barədə Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov bildirib.
Onun sözlərinə görə, ali və ali ixtisas təhsili olacaq.
Falkov əlavə edib ki, mühəndislər, həkimlər və müəllimlər 5,5 il təhsil almalıdırlar, dörd illik təhsil onlara kifayət etmir.

Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, tez-tez fin təhsili, sinqapur təcrübəsi və başqa sözlər eşitsək də hər bir ölkənin öz milli təhsil sistemi olmalıdır:

“Düzdür, beynəlxalq təcrübə diqqətlə izləməli və islahatlara açıq olmaq lazımdır. Amma hər bir təcrübəni də kor-koranə tətbiq etmək olmaz. İslahatlar tətbiq edərkən xalqımızın milli-psixoloji xüsusiyyətləri, iqtisadiyyat modelimiz, siyasi sistemimiz də nəzərə alınmalıdır. Azərbaycan ali təhsil modelində dəyişiklik edilməsinə zərurət var. Bəzi ixtisaslarda təhsil müddətinin uzadılması, bəzilərində isə artırılması daha düzgün olardı. Xüsusilə, ixtisası bitirdikdən sonra işə başlayan andan praktik bacarıqlar tələb olunan ixtisasların sonuncu bütöv ili sırf iş şəraitində, yəni müəssisələrdə təcrübə ilə, praktika ilə keçməlidir. Hətta yaxşı olardı ki, bu müddət tələbə üçün iş-sınaq müddəti kimi də hesablanaraq əmək kitabçası belə açılsın. Dövlət müəssisələri ilə də, xüsusi sahibkarlarla da fərdi əmək müqavilələri bağlana bilər. Nəticədə müəssisə və işçi- yəni tələbə bəri başdan ikisi də öz mənafelərinə uyğun əmək bazarında tələb-təklifi qarşılayırlar.  Düşünürəm ki təhsil müddətinin artırılması yalnız bu halda effektli olar. 5-5.5 il təhsil müddəti sürətlə dəyişən elmi-texnoloji cəmiyyətin tələblərini ödəyə bilməz. Bəzən inkişaf o qədər sürətlə baş verir ki, hansısa ixtisasın perspektivsiz olması üçün belə 5 il kifayət edir.”
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
sherg.az

1Mənbələr