AZ

Toyda ədəbsizlik: bəyin dostları gəlinin otağına daxil olaraq... - Foto

Toyda

Çində yerli adət-ənənəni bəhanə edən bir qrup kişi toydan sonra qəfil bəy və gəlinin otağında peyda olublar. Onlar əvvəlcə cütlüyün qırmızı yorğanını dartmağa başlayıblar.

Reyting.az
xəbər verir ki, “qonaqlar” gəlini soyundurmağa çalışarkən, cütlük yerli inancda “uğur” gətirdiyi güman edilən qırmızı yorğanlarının arxasına gizlənməyə çalışıb.

Amma bəy bu “ənənədən” narahat görünüb. O, gəlinini yorğanla qorumağa çalışıb və qonaqlardan dayanmalarını istəyib. Təcavüzkarlar isə bunun “ənənə” olduğunu deyiblər.



Görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan qısa müddət sonra bunun üzərindən yüz minlərlə şərh və paylaşımlar edilib.

Qeyd edək ki, Çində yeni evlənənlər toy mərasimini bitirib evə qayıtdıqdan sonra “toy oyunları” keçirilir. Bu oyunları adətən bəylə gəlinin yaxın dostları planlaşdırırlar. Amma son illər toy oyunları gənc nəsillər arasında ədəbsizliyə çevrilir, əndazəni aşır.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
reyting.az

1Mənbələr