AZ

“Rusiya 2014-cü ildən bəri Ukrayna münaqişəsini sülhlə bitirməyə çalışır” - Putin

“Xüsusi əməliyyatda Rusiya ordusunun effektiv hərəkətləri Moskvaya Ukraynada sülh yolu ilə nizamlanma şansı verir”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi dairələrin komandirləri ilə görüşündə deyib.


Onun sözlərinə görə, Moskva 2014-cü ildən bəri münaqişəni sülh yolu ilə həll etməyə çalışsa da, bu, uğursuz olub.


“Siz cəbhə xəttində nə qədər səmərəli işləsəniz, bizim bu məsələni sülh yolu ilə həll etmək şansımız bir o qədər çox olacaq”, - deyə siyasətçi vurğulayıb.

 

 

Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
missiya.az

1Mənbələr