AZ

Rusiya Dnepri vurdu: ölənlər və yaralananlar var

Mayın 15-də rus qoşunları Dnepr şəhərini atəşə tutub. Düşmən infrastruktura hücum edib, ölən və yaralananlar var.

Bu barədə RBC-Ukrayna Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Sergey Lısakın Teleqramına istinadən məlumat yayıb.

“Düşmən Dneprə hücum edib, infrastruktura ziyan dəyib", o, yazıb.

Hərbi administrasiya rəhbəri bildirib ki, ilkin məlumata görə, iki nəfər ölüb.

"Yaralılar var, onların sayı, vəziyyəti və digər hallar dəqiqləşdirilir", - Lısak bildirib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
qaziler.az

1Mənbələr