Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Andrey Belousovun müdafiə naziri təyin edilməsi hərbi xərclərin artması ilə bağlıdır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, Putin bunu hərbi dairələrin komandirləri ilə görüşündə bildirib.
“Andrey Removiç Belousov yeni müdafiə naziri təyin edilib. Bu, ən azı hərbi komponentə xərclərin artması ilə bağlıdır”, - deyə Putin bildirib.