AZ

Sabah Paşinyanın çıxış edəcəyi binanın qarşısında böyük aksiya planlaşdırılır

Arxiyepiskop Baqrat Qalstanyan İrəvandakı "Müqəddəs Anna" kilsəsində çıxış edərək “Vətən üçün Tavuş” hərəkatının gələcək planlarından, eləcə də siyasi qüvvələrlə təmaslardan danışıb.

Sitat.info xəbər verir ki, o Paşinyan hakimiyyətinə qarşı aksiyaları davam etdirməyin vacibliyini qeyd edib. 

Qalstanyan  bildirib ki, mayın 15-də İrəvanda Milli Opera və Balet Teatrının binasında beynəlxalq konfrans keçiriləcək və orada Ermənistanın baş naziri də çıxış edəcək.

Qalstanyan vətəndaşları ora toplaşaraq dinc etirazlarını və sərhədlərin delimitasiyası və hakimiyyətin siyasəti ilə razılaşmadıqlarını bildirməyə çağırıb.

O, həmçinin bildirib ki, sabah da ölkə boyu etiraz aksiyaları davam edəcək. Arxiyepiskop bildirib ki, bu gün o, müxalifətin “Mənim şərəfim” blokunun və keçmiş hakim Ermənistan Respublika Partiyasının (ERP) nümayəndələri ilə görüşüb. Onun sözlərinə görə, hərəkat nümayəndələri keçmiş baş nazirlər Qrant Baqratyan, Xosrov Arutyunyan və Vazgen Manukyanla da görüşüblər.

O deyib ki, parlamentdəki müxalifət fraksiyaları artıq “ev tapşırıqlarını” görməyə başlayıblar və hakim “Mülki Müqavilə” fraksiyası ilə “müəyyən mənada fəaliyyət göstərməyə” ehtiyac var.

Nərgiz,

Sitat.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
sitat.info

1Mənbələr