AZ

Ukrayna qoşunları Xarkovdan geri çəkilir

Moskvanın Ukraynanın Xarkov vilayətinə qarşı hücumları və irəliləyişləri davam edir.

News24.az xəbər verir ki, bu gün dövlət televiziyasına danışan Ukrayna ordusunun sözçüsü intensiv hücumlar və ukraynalı əsgərlərin həyatını xilas etmək zərurətini əsas gətirərək Rusiyanın Lukyantsi yaxınlığındakı qoşunlar da daxil olmaqla qoşunlarını geri çəkdiyini etiraf edib.

Hücum altında olan digər kənd olan Vovçanskın rəsmiləri müharibədən əvvəl təxminən 20 min nəfərin yaşadığı sərhəd qəsəbəsində küçədən-küçəyə şiddətli qarşıdurmaların olduğunu bildiriblər.

Polis rəisi Oleksiy Xarkovski sosial mediada açıqlamasında deyib: “Biz buradayıq və insanları təxliyə edirik və onlara kömək edirik. Vovçanskda vəziyyət son dərəcə ağırdır.

Daxili İşlər Nazirliyi son 24 saat ərzində Xarkovda 3 mülki şəxsin həlak olduğunu açıqlasa da, milli polis bu gün Rusiya atəşi nəticəsində 5 mülki vətəndaşın yaralandığını bildirib.

Ukrayna ordusu vəziyyətin “çətin olaraq qaldığını” deyib, lakin əlavə edib ki, “biz rus işğalçılarının möhkəmlənməsinə imkan vermirik”.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisindən verilən açıqlamada deyilir: “Əlavə qüvvələr yerləşdirilir və ehtiyat qüvvələr də var”.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
news24.az

1Mənbələr