AZ

Ermənistan-Gürcüstan yolu Azərbaycanın nəzarətinə keçə bilər - FOTO

Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu Azərbaycanın nəzarətinə keçə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Tavuşun Kirants kəndinin rəhbəri Kamo Şahinyan deyib. 

Şahinyanın sözlərinə görə, mübahisəli 3 sərhəd dirəyinin quraşdırılması nöqtələri hələ müəyyən edilməyib: "Əgər 3 nöqtə təqdim olunan demarkasiya xəritəsinə uyğundursa, Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun körpüsü və ondan sonra 130 metrlik ərazi Azərbaycana keçəcək". 

Qeyd edək ki, Ermənistanı Gürcüstanla birləşdirən M6 dövlətlərarası avtomobil yolu ötən ilin iyul ayında istifadəyə verilib. 

Ağarza Elçinoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
31
unikal.az

10Mənbələr