AZ

PSJ-dən "Aston Villa"ya

"Aston Villa" bu yay PSJ-nin yarımmüdafiəçisini sıralarına qata bilər.

90deqiqe.Az-ın “L’Equipe”yə istinadən məlumatına görə, Birmingem klubu 2022-ci ilin yayından Paris komandasında çıxış edən Karlos Solerin transferi ilə bağlı danışıqlarda irəliləyir. "Aston Villa" bir neçə aydır ki, bu müqavilə üzərində işləyir.

Soler özü İngiltərə Premyer Liqasına keçməyə və Unai Emerinin rəhbərliyi altında işləməyə açıqdır. Oyunçu sabit oyun təcrübəsi əldə etmək istəyir.

Cari Fransa çempionatında 27 yaşlı Soler 22 oyun keçirib və burada bir qol vurub və iki məhsuldar ötürmə edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
90deqiqe.az

1Mənbələr