AZ

Ərdoğan: "Siyasətdə kin saxlamırıq"

"Siyasətdə deyil, yalnız dövlətin və millətin maraqları üçün kin saxlayırıq".

Bakıvaxtı.az "Son Dakika"ya istinadən xəbər verir ki, bunu Böyük Millət Məclisində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında çıxış edən Ərdoğan bildirib ki, siyasətdə Türkiyənin qapıları hər kəsə açıqdır. 

"Prinsipləri prinsiplərimizlə üst-üstə düşən hər kəsə partiyamızın qapıları açıqdır. Biz millətimizin, dövlətimizin mənafeyinə görə kin saxlayırıq, amma siyasətdə kin anlayışını heç vaxt qəbul etmirik. Xəyanətə səbəb olmayan hər dostluq əbədidir. Bizim üçün səmimiyyət, xeyirxahlıq, ölkəyə və millətə xidmət etmək istəyi var" - deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədridir.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
bakivaxti.az

1Mənbələr