AZ

Çexiya prezidentindən Ukraynaya ÇAĞIRIŞ: Kiyev təslimçi sülhə məcbur edilir?

Çexiya prezidenti Petr Pavel Ukraynanı Rusiya ilə danışıqlara çağırıb. O, Kiyevin yaxın gələcəkdə Rusiya Federasiyasının işğal etdiyi əraziləri geri qaytara biləcəyi barədə fikrləri “sadəlövhlük” hesab edib. Qeyd edib ki, realist olmaq lazımdır. “Müharibəni dayandırmaq və gələcək (müharibədən sonrakı) sistemin müzakirəsinə başlamaq lazımdır”, – deyə prezident P.Pavel əlavə edib. Onun bu açıqlama Qərb düşərgəsində şok effekti yaradıb. Çünki Çexiya prezidenti faktiki olaraq Ukraynanı təslimiyyətə çağırıb.

Rəsmi Kiyevin bu çağırışlara səs verməsi, Rusiya ilə danışıqlara getməsi mümkündürmü? Qərb Çexiya prezidenti vasitəsilə Ukraynaya mesaj çatdırıb, Kiyevi buna məcbur edə bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, cari ilin sonunadək Rusiya və Ukrayna arasında danışıqlar başlayacaq.

Onun sözlərinə görə, hətta atəşkəs sazişinin imzalanması da mümkündür. Z.Əmrəliyev deyib ki, Ukrayna daha Qərbdən istədiyi dəstəyi ala bilmir: “Ukraynanın yaxın zamanlarda Rusiyanın tutduğu əraziləri geri qaytarması bir qədər şübhəli görünür. Çünki, mövcud resursları yoxdur. Çexiya uzun müddətdir Rusiya əleyhinə açıqlamalar verir və bu ölkənin əleyhinə blokda yer alan dövlətlərdəndir. Buna baxmayaraq, prezident Petr Pavelin açılaması Qərbdə mühüm çaşqınlıq yaradıb. Artıq müəyyən qərb mediası və siyasətçiləri  ölkə başçısının çağırışını sərt tənqid ediblər. Lakin Pavelin söylədiyi fikirlərdə də müəyyən qədər həqiqətlər var. Avropa ölkələri hazırda imkanları tükənmiş olan Ukraynaya resurs vermək istəmirlər. Bəzi Avropa ölkələri, o cümlədən Almaniya Ukaynaya yardım etdiyi üçün xalq tərəfidən təzyiqlə üzləşir və problem yaşayır”.

Siyasi şərhçi söyləyib ki, Çexiya prezidentinin açılaması Volodimir Zelenski hökumətinə Rusiya ilə danışıqlar aparmağın vaxtının yetişdiyi yönündə bir mesaj kimi qəbul edilə bilər: “Avropa İttifaqı ölkələri müharibəni davam etdirməkdə həvəsli deyillər. Bu, bir çox Avropa ölkələrinin Rusiya ilə ticarət əlaqələrinə mane olur. Onlar sözügedən əlaqələri bərpa etmək niyyətindədirlər. Eyni zamanda Ukraynaya dəstək göstərilməsi də ciddi resurs itkisinə səbəb olur. Petr Pavelin də dediyi kimi, hazırda Ukraynanın itirdiyi əraziləri, bölgələri geri qaytarmaq kimi bir şansı yoxdur. Ən yaxşı variant da müharibəni indiki fazada dayandırmaqdan ibarətdir. Ola bilər ki, Rusiya Çexiya vasitəsilə qeyri-rəsmi formada Ukraynanı danışıqlara dəvət edir. Lakin belə görünür ki, Ukrayna yaxın zamanlarda danışıqlar masasına oturacaq”.

Ayşən RƏHİM

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
14
medianews.az

10Mənbələr