AZ

Riad Axundzadə: “Zabuxçay su anbarında işlərin 91 %-i icra edilib”

Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda axan Həkəri çayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə istifadəsi nəzərdə tutulan Zabuxçay su anbarında işlərin 91 %-i icra edilib.

Bunu "Report"a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə deyib.

O vurğulayıb ki, su anbarının həcmi 27 milyon kubmetr təşkil edir: “Su anbarından çıxacaq magistral kanalın suburaxma qabiliyyəti: saniyədə 6,2 kubmetr təşkil edəcək. Su anbarının tikintisi ilə Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
report.az

1Mənbələr