AZ

Ər arvadını başqa kişi ilə münasibətdə ittiham etdi, gecəyarısı evdə... — TƏFƏRRÜAT

Abşeron rayonunda 1976-cı il təvəllüdlü Elnur ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı həyat yoldaşı Könülə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 15-də Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində baş verib. 

Elnur yaşadığı evində alkoqol sərxoşluğu vəziyyətində olarkən qeyri rəsmi ər-arvad münasibətində olduğu Könülün başqa şəxslə ünsiyyət saxlamasını ehtimal edib. Bununla bağlı Könülə şifahi irad bildirib və həmin vaxtı aralarında qısqanclıq zəmnində yaranmış narazılıq üstündə mübahisə edib. 

Həmin mübahisə əsnasında Elnur Könülün üzərinə hücum edib. Əvvəlcə qəsdən Könülün sifət nahiyyəsinə başla zərbə vurub, ardınca həmin zərbənin təsirindən aşağı əyilmiş Könülün baş nahiyəsinə evdə olan dəmir stulla, sağ qoluna isə təpiklə zərbə vurub. 

Hadisəni törədən Elnurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər digər şəxslə evli olub boşanıb: “Könül ilə 2011-ci ildən ər-arvad münasibətlərində olmuşam. Bu münasibətdən 2014-cü il təvəllüdlü Cəmilə və 2016-cı il təvəllüdlü Əfsanə adlı iki azyaşlı övladımız var. Könüllə əvvəllər münasibətlərimiz normal olsa da, son vaxtlar münasibətilərimiz soyuyub. Münasibətlərimizin soyumasına səbəb mənim həddindən artıq qısqanc olmam və Könülün kənar şəxslə ünsiyyət saxlamasını ehtimal etməm olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 14-də, günorta saatlarında Bakı şəhərində kafelərin birində spirtli içki qəbul edib: “Daha sonra fevralın 15-də, gecə saat 1 radələrində yaşadığı ünvana, yəni Hökməli qəsəbəsində yerləşən yeni yaşayış massivinə gəldim. Yaşadığım evdə Könüllə aramızda sözlə mübahisə düşdü. Saat 2 radələrində mübahisə zamanı məni təhqir etdiyinə görə sərxoş olduğumdan əsəbləşdim. Könülün sifətinə baş zərbəsi ilə vurdum. Ona vurduğum baş zərbəsi Könülün burnuna dəydi. Həmçinin zərbədən Könülün sol qaşı qanadı. Könül əli ilə burnunu tutub aşağı əyildikdə üzəri qırmızı dəri parçadan olan dəmir stulu götürərək onun başına vurdum. Əsəbi olduğum üçün Könülün qoluna da təpik zərbəsi ilə xəsarət yetirdim. Hadisə vaxtı Könül məni vurmadı, heç bir xəsarət almadım. Dava-dalaş təxminən 5 dəqiqə davam etdi. Həmin gün təxminən gecə saat 3 radələrində Könül evdən çıxara getdikdən sonra iki azyaşlı qız övladım ilə birlikdə evdə yatdım. Sonradan Könülün aldığı xəsarətlərə görə xəstəxanaya getdiyini və mənim barəmdə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə ərizə ilə müraciət etdiyini öyrəndim”. 

İş üzrə zərərçəkmiş Könülün sözlərinə görə, Elnur ilə 2011-ci ildən ər-arvad münasibətlərində olub, bu münasibətdən iki az yaşlı övladı var: “Elnurla əvvəllər münasibətlərimiz normal olsa da, son vaxtlar münasibətilərimiz soyudu. Münasibətlərimizin soyumasına səbəb Elnurun həddindən artıq qısqanc olması olub. Fevralın 14-də, gecə saat 23 radələrində Elnur məni qısqandığına görə mobil telefonuma zəng edərək telefonda danışarkən nalayiq sözlərlə məni təhqir etdi. Telefonda danışarkən Elnurun sərxoş olduğunu hiss edərək ona evə gəlməsini dedim. Fevralın 15-də, saat 01:00-da Elnur evə gəldi. Mənimlə yenidən mübahisə etməyə başladı. Elnurun çox sərxoş olduğuna görə dediklərinə fikir vermədim. Onu sakitləşdirməyə çalışsam da, gecə saat 02 radələrində Elnur qəfil baş zərbəsi ilə mənim üzümə zərbə yetirdi. Elnurun vurduğu baş zərbəsindən sol qaşımda və burnumda bərk ağrı hiss edərək aşağı əyildim. Aşağı əyildikdə sol qaşımdan qan axdığını gördüm. Daha sonra Elnur qırmızı dəri materialdan olan dəmir stulu götürərək başıma vurdu, daha sonra sağ qoluma təpiklə vurdu. Elnurun sakitləşmədiyini gördüm və evdən getdim”.

Zərərçəkmiş qeyd edib ki, səhər xəstəxanaya gedərək yoxlandıqda Elnurun vurduğu təpik zərbəsindən burun sümüyü sınması ona məlum olub: “Elnurun vurduğu təpik zərbəsindən burun sümüyüm sınıb.

Bundan sonra Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə getdim. Elnurun barəsində şikayət ərizəsi yazdım. Aramızda olan dava-dalaş təxminən 5 dəqiqə davam edib. Hadisə vaxtı mən Elnura xəsarət yetirməmişəm. Həmin vaxt evdə Elnur və məndən başqa iki azyaşlı qız övladımız olub. Hadisə gecə saatlarında baş verdiyi üçün evdə olan dava-dalaşı heç kim eşitməyib və görməyib”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elnurun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
demokrat.az

1Mənbələr