AZ

Mbappe bugünkü oyunu buraxacaq

style='margin-bottom:10px;'>

PSJ-nin futbolçusu Kilyan Mbappe Liqa 1-in 32-ci turunda “Nitsa” ilə oyunu buraxacaq. 

QOL.az xəbər verir ki, 25 yaşlı hücumçu bud nahiyəsindəki diskomfort səbəbindən sözügedən görüş komandanın heyətinə daxil edilməyib. 

PSJ - "Nitsa" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə  saat 23:00-da başlayacaq.

Xatırladaq ki, Mbappe daha əvvəl bu mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlamışdı.
Kilian 2018-ci ildən Paris təmsilçisində oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda iştirak edib, 255 qol vurub, 108 qolun ötürməsini edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
teleqraf.com

1Mənbələr