AZ

ABŞ və Ukrayna ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq

ABŞ və Ukrayna yaxın bir neçə həftə ərzində ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq. 

Azpost.info bildirir ki, bu barədə ABŞ dövlət katibi Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba keçirdiyi mətbuat konfransında bəyanat verib.

“Bir neçə həftə ərzində bu müqaviləni imzalayacağıq” deyə Blinken açıqlayıb.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz və Ukrayna prezidenti Vladimir Zelenski Kiyev üçün təhlükəsizlik zəmanəti haqqında saziş imzalayıblar. Böyük Britaniya da əvvəllər Ukrayna ilə təhlükəsizlik sazişi bağlayıb. Əməkdaşlıq müqaviləsi on illikdir. S

Sənəd Ukraynaya müdafiə siyasətinəə dəstək verilməsini nəzərdə tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
azpost.info

10Mənbələr