AZ

Lənkəranda poçt şöbəsində oğurluq 

Lənkəran şəhərində oğurluq hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə Lənkəran şəhərindəki poçt şöbəsində baş verib.

 

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gecə saatlarında naməlum şəxsin şüşəni qıraraq pəncərədən içəri daxil olması və üç ədəd bağlamanı oğurlaması barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq edən şəxsin kimliyi müəyyən edilib. Oğurluğun yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildiyi məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
10
modern.az

10Mənbələr