AZ

Əfqanıstanda vertolyot qəzası: 1 ölü, 12 yaralı

Bu gün Əfqanıstanın mərkəzi hissəsində yerləşən Qor vilayətinin Firoz Koh şəhərində çayın sahilində hərbi helikopter qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi qəzanın nəticələrini açıqlayıb.

"Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 vertolyotu səhər saatlarında qəzaya uğrayıb. Daha öncə Harirud çayına yuvarlanan mikroavtobusda sərnişinlərin cəsədlərini daşımaq üçün təyin edilmiş helikopter , texniki nasazlıqlar ucbatından təcili eniş etmək istəyərkən divara çırpılıb. Təəssüf ki, 1 nəfər ölüb, 12 nəfər yaralanıb”.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Türkan,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
sitat.info

1Mənbələr