AZ

UEFA bu klubu Çempionlar Liqasından uzaqlaşdıra bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Mançester Siti”nin növbəti Çempionlar Liqasında iştirakına icazə verməyə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times” xəbər verir .

Məlumata görə, City Football Group şirkəti eyni vaxtda növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanmış iki kluba - İngiltərənin Mançester Siti və İspaniyanın "Jirona"sına sahibdir.

"Mançester Siti" və "Jirona"nın turnirdə birlikdə iştirak edə bilməsi üçün klublardan birindəki payını 30 faizə endirməyi xahiş edib.

City Football Group hazırda İngiltərə komandasının 100 faizinə, Kataloniya klubunun isə 47 faizinə sahibdir.

Bildirilir ki, klublarda səhmlərlə bağlı vəziyyət həll olunmasa, "Jirona" Çempionlar Liqasından Avropa Liqasına keçə bilər.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
bakivaxti.az

1Mənbələr