AZ

NƏHAYƏT! Ruslar Xocalıdan BİRDƏFƏLİK getdi: Son sözləri BU oldu... - Sülhəddin Əkbərlə CANLI

Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş mərasim keçirilir. Tədbirdə Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yüksək rütbəli hərbçiləri iştirak edir.

Sülhün bərqərar olunması prosesində istehkamçılar tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib”.

Bunu Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi Yevgeni Nikiforov Xocalıda sülhməramlı kontingentin bazasında keçirilən mərasim zamanı bildirib.
O bildirib ki, bu çərçivədə 90 mindən çox insana humanitar, 1000 nəfərdən çox dinc sakinə ixtisaslı tibbi yardım göstərilib.

"Üç il yarım bundan əvvəl birgə səylər nəticəsində Qarabağda gedən müharibəni dayandırıldı. Azərbaycan, Ermənistan və Rusiya liderləri müharibənin dayandırılması barədə üçtərəfli birgə bəyanat imzaladılar.
Demək olar ki, növbəti gün Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi başlanıldı, Qarabağ ərazisində postlar quruldu və regionda dayanıqlı sülhün formalaşmasına zəmin yaradıldı”, - Yevgeni Nikiforov deyib.

Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini bundan əlavə, sülhməramlı kontingentin inanclı insanların dini obyektlərə çıxışını bərpa etdiyini də qeyd edib.

“Eyni zamanda, münaqişə tərəfləri ilə əməkdaşlıq nəticəsində 100-dən çox insanı əsirlikdən geri qaytarmaq mümkün olub. Rusiya sülhməramlı kontingentinin axtarış qrupları tərəfindən 1900 nəfərdən artıq meyit aidiyyəti üzrə təhvil verilib.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Azərbaycan və Rusiya rəhbərliyi sülhməramlı kontingentin ölkəmizin ərazisindən çıxarılmasına dair qərar qəbul etdilər. Rusiya hərbi qulluqçuları dövlətimizin hərbi-siyasi rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetiriblər.

Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adımdan Rusiya sülhməramlılarına vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan hərbçilərinə isə səmərəli əməkdaşlığa görə minnətdarlığımı bildirirəm", - general qeyd edib.

Rusiya qoşunları isə Ukraynanın Zaporojye vilayətinin Rabotino yaşayış məntəqəsini tamamilə nəzarətə götürüb. Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bundan başqa MN Xarkov vilayətində Qlubokoe və Lukyantsı yaşayış məntəqələrinin də tam nəzarətə götürüldüyünü açıqlayıb.

İrəvanın mərkəzinə hərbi qüvvələrin yeridildiyini əks etdirən görüntülər yayılıb. “Sputnik Ermənistan” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, bu gün Azadlıq meydanında keşiş Baqratın başçılığı ilə növbəti mitinq keçiriləcək və hərbçilər buna görə gətirilir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu milli siyasət üzrə ekspert Sülhəddin Əkbərlə regiondakı prosesləri müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
50
musavat.com

10Mənbələr