AZ

Avrozona iqtisadiyyatı tənəzzüldən çıxdı

Avrozona iqtisadiyyatı texniki tənəzzüldən sonra bu ilin birinci rübündə 0,3% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi bu ilin birinci rübündə Avropa İttifaqı (Aİ) və Avrozona iqtisadiyyatı ilə bağlı aparıcı məlumatları yeniləyib.

Müvafiq olaraq, 20 üzvü olan Avrozonada iqtisadi artım 0,3% təşkil edib. Ötən ilin birinci rübündə region iqtisadiyyatı 0,1% kiçilib. Avropa İttifaqında (Aİ) isə iqtisadi artım birinci rübdə əvvəlki rüblə müqayisədə 0,3%, illik bazda isə 0,4% artıb.

Avrozona ölkələri arasında ilk rübdə 0,7% artımla ən güclü göstəriciyə malik ölkə İspaniya olub. Almaniya və Fransa iqtisadiyyatı 0,2%, İtaliya isə 0,3% böyüyüb.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
iqtisadiyyat.az

1Mənbələr