AZ

Avropanın mobil telefonla ən çox danışılan ölkəsi BUDUR 

Türkiyədə mobil telefondan istifadə edən şəxslər ay ərzində adambaşına orta hesabla 477 dəqiqə danışıblar. 


Sfera.az Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu göstəriciyə görə türklər Avropa ölkələri arasında birinci yeri tuturlar. 
Mobil telefonla danışıq göstəricisinə görə Türkiyə 2012-ci ildən bəri Avropada ilk sıradadır. Bu göstəriciyə görə Türkiyədən sonra Norveç (377 dəqiqə), Xorvatiya (322 dəqiqə), Şimali Makedoniya (234 dəqiqə), İslandiya (180 dəqiqə) və Çexiya (167 dəqiqə) gəlir. 


Müqayisəyə əsasən, türklər avropalılara nisbətən təxminən 2 dəfə çox danışırlar. Türkiyədə yaşayan insanların il ərzində ümumi danışıq müddəti 321,4 milyard dəqiqə olub. 


Qeyd edək ki, Azərbaycanda da bu göstərici Türkiyədən xeyli aşağıdır. 2022-ci ilin məlumatına əsasən, il ərzində mobil telefonla Azərbaycan daxilində danışıq 18,1 milyard dəqiqə təşkil edib. Adambaşına aylıq danışıq dəqiqəsi isə təxminən 180 dəqiqə olub. 


Buradan görünür ki, Türkiyədə yaşayan insanlar Azərbaycanda yaşayan insanlarla müqayisədə 2,65 dəfə çox danışıblar. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
sfera.az

1Mənbələr