AZ

Lənkəranda yeniyetmə poçt bağlamalarını oğurlayıb

Lənkəranda

Lənkəran, 15 may, İlkin Adıyev, AZƏRTAC

Lənkəran şəhəri ərazisindəki poçt şöbələrindən birindən oğurluq edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında naməlum şəxsin poçt şöbəsinin binasının şüşəsini qıraraq içəridən 3 ədəd bağlamanı oğurlaması barədə polisə məlumat daxil olub. Lənkəran Şəhər/Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğun şəhər sakini olan yetkinlik yaşına çatmayan bir nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
azertag.az

2Mənbələr