AZ

"Birləşmiş Ştatlar və azad dünya Ukrayna ilə birlikdədir" - Blinken

 
"Əgər gələcəkdə Rusiya və ya kimsə başqası Ukraynaya hücum edərsə, ABŞ və Ukrayna buna birlikdə cavab verəcək..."
 
"Birləşmiş Ştatlar Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın bərpası üçün istifadə etməklə bağlı Konqresin verdiyi səlahiyyətlərdən istifadə etmək niyyətindədir..."
 
ABŞ Dövlət katibi Entoni Blinken Kiyevə səfərə gəlib. O, prezident Vladimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba və baş nazir Denis Şmıqalla görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat verib
 
"Birləşmiş Ştatlar, dünyanın böyük hissəsi sizinlədir. Onlar təkcə Ukrayna uğrunda deyil, həm də azad dünya uğrunda mübarizə aparır. Azad dünya da sizinlədir",  - Blinken deyib.
 
Dövlət katibi Kiyev Politexnik İnstitutunda çıxış edərək Ukrayna ilə gələcəkdə imzalanacaq təhlükəsizlik haqqında ikitərəfli sazişin detallarını açıqlayıb.
 
"Bizim onillik sazişimizə görə, Birləşmiş Ştatlar Ukraynanın müdafiəsi və təhlükəsizliyinə aviasiyadan hava hücumundan müdafiəyədək, dronlardan minalardan təmizlənməyədək bir sıra mühüm sahələrdə dəstək verəcək", o, deyib.
 
"Əgər Rusiya və ya kimsə başqası Ukraynaya hücum edərsə, biz Ukrayna ilə ən yüksək səviyyədə işləyərək belə təhlükəyə ən yaxşı cavabı razılaşdıracağıq", - Blinken vurğulayıb.
 
Bundan başqa, Blinkenin sözlərinə görə, Ukrayna və ABŞ arasında təhlükəsizlik üzrə saziş Ukraynanın müdafiə sənayesi kompleksinin inkişafını sürətləndirəcək, bu da ona uzunmüddətli perspektivdə başqa ölkələrin hərbi yardımına daha az bel bağlamağa imkan verəcək, habelə iqtisadi artıma kömək edəcək.
 
"Bütün bunlar bütün şərtlər icra edildikdən və bununla bütün müttəfiqlər razılaşandan sonra Ukraynanın NATO-ya daxil olmasının sürətli və yumşaq olacağına zəmanət verəcək", - Dövlət katibi deyib.
 
Zelenski ilə birgə mətbuat konfransında Blinken bəyan edib ki, Amerika administrasiyası ABŞ Konqresi tərəfindən Rusiya aktivlərinin Ukraynanın bərpa edilməsi üçün müsadirə edilməsi ilə bağlı verilən yeni səlahiyyətlərdən istifadə etmək niyyətindədir.
 
Blinkenin sözlərinə görə, Vaşinqton G7 üzrə tərəfdaşları ilə Rusiyanın dondurulmuş aktivlərindən Kiyevə vurulan zərərin ödənilməsi üçün birgə işləyir.
 
Blinken həmçinin vurğulayıb ki, ABŞ-ın yeni yardımının bir hissəsi artıq Ukraynaya çatdırılıb, digər hissəsi yoldadır. O, əmin olduğunu bildirib ki, Amerika yardımı döyüş meydanında vəziyyəti dəyişəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
48
moderator.az

10Mənbələr