AZ

HƏMAS: 76 ildir davam edən Nəkbə səssiz qalanların alnında utanc ləkəsidir

HƏMAS: 76 ildir davam edən Nəkbə səssiz qalanların alnında utanc ləkəsidir

HƏMAS və İslami Cihad hərəkatları Nəkbənin 76-cı ildönümü ilə bağlı bəyanat verib.


Bəyanatda bildirilir ki, Qəzza zolağında təxminən 8 aya yaxındır davam edən soyqırım və 76 ildir davam edən Nəkbə (Böyük Fəlakət) biganələrin alnında “utanc ləkəsi”dir.

Bəyanatda islam dünyası və dünyanın azad insanları İsrailin hücumlarını dayandırmaq və Fələstin xalqının müqavimətini dəstəkləmək üçün hər üsulla onlara təzyiq göstərməyə çağırılıb və ABŞ-ın İsrailin Qəzzaya hücumlarına dəstək və tərəfdar olmasına diqqət çəkilib.

Vurğulanıb ki, Fələstin xalqının 76 ildir göstərdiyi müqavimət bütün dünyaya öz torpaqlarına nə qədər bağlı olduğunu və müqəddəs dəyərləri uğrunda canından keçməyə hazır olduğunu sübut edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
afn.az

1Mənbələr