AZ

Maddələr mübadiləsini sürətləndirməyin 7 üsulu

İndiki vaxtda bir çox insan sağlam həyat sürmək və ideal çəkiyə çatmaq üçün maddələr mübadiləsini sürətləndirməyə çalışır. Kifayət qədər su içmək, kifayət qədər məşq etmək və sağlam, balanslı bir pəhriz yemək metabolizmanızın yağ yandırmasına kömək edə bilər.

"Unikal" maddələr mübadiləsini sürətləndirməyin 7 yolunu təqdim edir: 

1. Fasilələrlə idman etmək
Yüksək intensivlikli məşqləri maddələr mübadiləsini sürətləndirməyin bir yoludur. Bu cür məşqlər daha çox oksigen almağınıza kömək edərək hüceyrələri enerjiləndirən mitoxondriyanıza enerji yandırmaq üçün daha çox işləməyə imkan verir. Qaçış, üzgüçülük və ya velosiped sürərkən normal tempinizə qayıtmazdan əvvəl 30 saniyəlik fasilələrlə sürətinizi artırmağa çalışmaq interval məşqinə misal ola bilər.

2. Kifayət qədər kalori almaq
Normaldan daha az kalori istehlak etdikdə, bədəniniz daha az kalori istehlak etməyə uyğunlaşır. Bu uyğunlaşmanın maddələr mübadiləsinə heç bir faydası yoxdur. Arıqlamaq istəyərkən maddələr mübadiləsinin yavaşlamasının qarşısını almaq üçün, ən azı istirahət zamanı metabolik sürətinizə uyğun olacaq qədər kalori istehlak etməlisiniz.

3. Güc məşqləri etmək
Güc məşqləri olaraq da bilinən müqavimət məşqləri maddələr mübadiləsini, gücü və dözümlülüyü artırmaq üçün də olduqca vacib bir yoldur. Beləliklə, yağ əzələlərə nisbətən daha az kalori istifadə etdiyinə görə, güc məşqləri kimi fiziki fəaliyyətlər vasitəsilə əzələ inkişaf etdirmək, maddələr mübadiləsini daha sürətli getməsinə kömək edə bilər.

4. Trans yağlardan qaçın
Trans yağlar təkcə ürəyiniz üçün zərərli deyil, həmçinin, bədəninizin yağ yandırma qabiliyyətini də ləngidir. Bununla belə, trans yağlar, qanınızdakı lipidlər və yağ turşuları kimi bədəninizin ehtiyac duyduğu əsas makronutrientləri metabolizə etmə tərzinə mənfi təsir göstərə bilər.

5.Daha çox protein istehlak etmək
Bədəninizin zülalları parçalaması yağ və ya karbohidratlardan daha çox vaxt tələb edir, beləliklə siz daha uzun müddət tox hiss edirsiniz. Protein bədəninizin həzm üçün kalori qəbulunun təxminən 10 faizini istifadə etdiyi termogenez adlı bir proses sayəsində metabolik sürəti də artırmağa kömək edir.

6.Qəhvə içmək
Kofein mərkəzi sinir sisteminizi sürətləndirir və bu da maddələr mübadiləsini sürətləndirə bilər. Qəhvə məşq zamanı enerji səviyyələrini də yaxşılaşdırır və  bu daha uzun müddət məşq etməyə və bu prosesdə daha çox kalori yandırmağa kömək edir. Lakin maddələr mübadiləsinin kofeindən aldığı dəstək az olduğundan çəkidə heç bir dəyişiklik etməyə bilər.

7.Daha çox ayaqüstə dayanmaq 
Mümkün olduqca ayaq üstə durmaq və ya uzun müddət oturduğunuz halda sadəcə hərəkət etmək maddələr mübadiləsi üçün faydalı ola bilər. Fiziki cəhətdən aktiv olduğunuz və hərəkət etdiyiniz zaman, sabit dayandığınız və ya oturduğunuzdan daha çox kalori yandıra bilərsiniz.

Zərifə Nağıyeva


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
unikal.az

10Mənbələr