AZ

Təyyarədə gözlənilməz olay:Pilot öldü

Amerika Birləşmiş Ştatlarının Texas ştatında uçuş-enmə zolağında təyyarənin fırlatma oturacağı naməlum səbəbdən işə düşüb.

Hadisə nəticəsində 1 pilot həlak olub. 

"Cebhe.info" xəbər verir ki, Texasdakı Sheppard Hərbi Hava Qüvvələri bazasından verilən açıqlamaya görə, 80-ci Uçuş Təlim Qanadının pilot təlimatçısı kapitan Con Robertson T-6A Texan II tipli təyyarə ilə uçuş zolağında sahə əməliyyatı həyata keçirərkən təyyarənin atma oturacaq sistemi naməlum səbəbdən işə düşüb. Təyyarə yerdə ikən təyyarənin tavanı (kabini əhatə edən şəffaf konstruksiya) və pilotun oturacağı havaya qalxması nəticəsində ağır yaralanan Robertson aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
cebheinfo.az

1Mənbələr