AZ

Amerikada inflyasiya proqnozlardan yüksək olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehsalçı inflyasiyası proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi aprel ayı üzrə İstehsalçı qiymət indeksi (PPI) məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, indeks aprel ayında əvvəlki ayla müqayisədə 0,5 faiz artıb. Bazarların proqnozu sözügedən dövrdə istehsalçı qiymətlərinin aylıq 0,3 faiz artması istiqamətində idi.

Aprel ayında istehsalçı qiymətlərində illik artım isə 2,2 faiz olub. Bu, 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyə kimi qeyd edilib.

Aprel ayında illik əsasda bazar proqnozlarına uyğun gələn istehsalçı inflyasiyası mart ayında 1,8 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
banco.az

1Mənbələr