AZ

Bu metalın qiymətində TARİXİ REKORD

Misin qiyməti tarixi maksimuma yüksəlib.

"Ölkə.Az"ın məlumatına görə, beynəlxalq bazarlarda mis qiymətləri 5-ci gün də yüksəliş trendini davam etdirib.

Belə ki, bu gün misin dəyəri 4,5% artaraq bir funt üçün 5,25 dollara çatıb.

Misin dəyəri aprelin sonu ilə müqayisədə 15%-dən çox, ilin əvvəli ilə müqayisədə isə təqribən 35% artıb.

Bərpa olunan enerji, elektrikli avtomobillər və süni intellektin (AI) misə olan tələbi artacağı ilə bağlı gözləntilər yaratdığı, bunun isə qiymətlərin rekord səviyyəyə yüksəlməsinə səbəb olduğu deyilir.

Analitiklər Çinin iqtisadiyyatı canlandırmaq üçün atdığı addımların mis qiymətlərinə də təsir etdiyini bildiriblər. Mart ayında Çindəki mis əritmə zavodlarının mis emalı haqlarının kəskin azalmasına cavab olaraq hasilatı təxminən 5-10 faiz azaltmaq barədə razılığa gəldiyi xəbəri də tədarüklə bağlı narahatlıqları artırıb.

Könül
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
23
olke.az

10Mənbələr