AZ

Nura Suridən QALMAQALLI SÖZLƏR: “Özlərini elə dartırlar ki, elə bil…”

“Özlərini elə dartırlar ki, elə bil alçaq dağları bunlar yaradıblar”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib.

Sənətçi özündənrazı həmkarlarını hədəfə alıb:

“Həmişə müğənniləri, məşhurları müdafiə etmişəm. Özüm də bu cameədəyəm deyə heç vaxt istəməmişəm ki, müğənniləri hansısa mövzuda təhqir, hətta tənqid etsinlər. Amma və lakın indi bunu deməliyəm. Müğənnilər bir-birilərinə fors etməkdənsə, ilk növbədə hörmət etməyi bacarmalıdılar ki, kənardakılar da eynisini etsin. Eyni tədbirlərdə oluruq, hamı özünü elə dartır ki, elə bil alçaq dağları bunlar yaradıblar. Bir az mehriban olun, gülümsəyin, səhnəyə çıxan müğənniləri ilk özünüz alqışlayın, rəqs edin, öz münasibətinizlə tamaşaçıya örnək olun. Bəziləri ad günlərinə, tədbirlərə dəvət edirlər, amma özləri heç kəsin tədbirinə getmirlər. Heç “Instagram”da “story” də təbrik etmirlər. Nədir dərdiniz? Kimdən artıqsınız? Kimin sizə borcu var? Şəxsən mən indiyə kimi hamıya yaxşı olmuşam, indi isə qarşılıqlıdır münasibətim. Kim mənə necə, mən də elə. Deyirəm e, amma yenə də çağırılan yerə gedirəm, ya da hədiyyə göndərirəm. Diqqətsiz qoymuram. Neçə ildir ad günü etmirəm, heç kəsi dəvət etmirəm. Klip təqdimatını da ancaq mətbuat üçün edirəm. Yəni bu statusu özümə şamil etmirəm. Biri bir az o birindən daha tələbatlıdır deyə, özünü göylə aparmamalıdır. Çünki hər şey bu həyatda müvəqqətidir. Uğur da, pul da, status da hər şey. Uğurlu, xoşbəxt insan başqasına yuxardan aşağı baxmır. Edirsə, deməli, hələ də komplekslərdən boğulur”.

Nehru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
yenicag.az

3Mənbələr