AZ

ABŞ İsrailə 1 milyard dollarlıq silah göndərir 

Co Bayden administrasiyası çərşənbə axşamı İsrailə 1 milyard dollarlıq yeni silah göndərilməsi üçün hərəkətə keçib. 

Yenisabah.az xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumata görə, bu, ABŞ administrasiyasının 3500 bombanın göndərilməsini dayandırmasından sonra İsrailə ilk silah göndərişi olacaq. 

Konqresin anonim rəsmiləri paketə təxminən 700 milyon dollarlıq tank sursatları, 500 milyon dollarlıq taktiki maşınlar və 60 milyon dollarlıq minaatanlardan ibarət olduğunu bildiriblər. Lakin göndərmənin nə vaxt həyata keçiriləcəyi ilə bağlı heç bir açıqlama verilməyib. 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
yenisabah.az

1Mənbələr