AZ

Kənan Allahverdiyev: “Əgər alınsa, qələbə qazanmaq istəyirik”

“Qızıl Avropa Liqasına hazırlıq yaxşı gedir”.

Bunu İdman.bizə Azərbaycan millisinin voleybolçusu Kənan Allahverdiyev deyib.

O, Qızıl Avropa Liqasına hazırlığı dəyərləndirib. Allahverdiyevin sözlərinə görə, ölkə çempionatı bitən kimi bu yarış üçün toplanıblar: “Millinin heyətində gənclər çoxluq təşkil edir. Rəqiblərimiz olduqca güclü komandalardır. Ukrayna yığması ötən il Qızıl Avropa Liqasında ikinci yerə çıxıb. Əlimizdən gələni edəcəyik ki, Vətəndə adımıza layiq şəkildə çıxış edək”.

Onun sözlərinə görə, oyunlar heç də asan keçməyəcək: “Millidə tam gəncləşmə getməsə də, qarışıq heyətdir. Gənclərin də hər biri çox perspektivli və yaxşı voleybolçulardır. Rəqib nə qədər güclü olsa da, yaxşı nəticə arzusundayıq. Əgər alınsa, qələbə qazanmaq istəyirik. Rəqiblərimiz zəif olmadığından qalib gəlmək də çətindir”.

Qeyd edək ki, Azərbaycan yığması Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Rumıniyaya qarşı keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
idman.biz

1Mənbələr