AZ

Lökbatanda itin hücumuna məruz qalan 11 yaşlı uşaqla bağlı AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, paytaxtın Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.

11 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəyə quduzluq əleyhinə peyvənd vurulub.

Azyaşlının nənəsi bildirib ki, qonşuları son anda uşağı itdən xilas ediblər.

Nənə bildirib ki, it uşağın aşını, qolunu, qolunun altı tərəfini yeyib, bədənində elə yer yoxdur ki, it dişləməsin.

Uşağın səhhəti ilə bağlı Kliniki Tibbi Mərkəzdən Referans.az-ın sorğusuna cavab olaraq bildirilib ki,
it dişləməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2013-cü il təvəllüdlü şəxsin vəziyyəti stabildir. Müalicələri davam etdirilir.

Yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.

Şəlalə Babayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
referans.az

1Mənbələr