AZ

“NATO dağılacaq və...”

Donald Tramp ABŞ prezidenti olarsa, NATO tamamilə dağa bilər. Alyansın rolu onun Ukraynadakı münaqişəyə münasibəti və mövqeyi ilə zəifləyəcək.

Publika.az xəbər verir ki, bu barədə “Foreign Affairs” yazır.

Qeyd olunur ki, Tramp bloku köhnəlmiş hesab edir. O, daha əvvəl demişdi ki, Rusiyanı kifayət qədər rüsum ödəməyən NATO üzvləri ilə “istədiyini” etməyə təşviq edəcək.

“Tramp formal olaraq ittifaqı tərk etmədən onu kəskin şəkildə zəiflədə bilər. Hətta o, NATO-dan Amerika dəstəyini tamamilə geri götürməsə belə, Trampın alyansla bağlı hazırkı mövqeyi ABŞ-ın milli siyasəti kimi qəbul olunarsa, Ukraynanı dəstəkləməkdə maraqlı olmaması Avropanın Amerikaya olan inamını sarsıdacaq”, - nəşr yazır.

Məqalədə deyilir ki, Trampın NATO əleyhinə instinktlərinin ilk qurbanı Ukrayna olacaq - Avropa ABŞ-ın dəstəyi olmadan Kiyevi maliyyələşdirmək istəməyəcək, bunun nəticəsində Volodimir Zelenski Rusiya ilə müqavilə bağlamağa məcbur olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
publika.az

1Mənbələr