Azərbaycanda ilkin mərhələdə illik 4 000 ton istehsal gücündə müasir zeytun yağı emalı zavodunun qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

İndex.az xəbər verir ki, imzalanma mərasimi 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri çərçivəsində baş tutub.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, İsrailin “Granot International Agricultural Cooperative Society” LTD və “Agro Food Investments” MMC arasında ilkin mərhələdə 1 000 hektarlıq zeytun bağının salınması və illik 4 000 ton istehsal gücündə müasir zeytun yağı emalı zavodunun qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

Məlumata görə, qabaqcıl texnologiyalar əsasında reallaşdırılacaq layihənin icrası rəqabətqabiliyyətli məhsul istehsalına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək. Layihə çərçivəsində 50-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.