AZ

Ermənilər müxalifətin etirazları haqda nə düşünürlər?

MPG/Gallup Beynəlxalq Assosiasiyasının Ermənistan sakinlərinin arasında apardığı sorğunun nəticələri:

Ermənistan sakinlərinin demək olar ki, yarısı polisin “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarına qarşı hərəkətlərini pisləyib.

-  26,9 % tamamilə mənfi rəy verib.
- 19,6% - kifayət qədər mənfi.
- 14,3% - tam müsbət.
- 21,5% - kifayət qədər müsbət.
-  17,7%-i cavab verməkdə çətinlik çəkib.

Ermənistan sakinlərinin yarıdan çoxu hərəkatının tərəfdarlarının yol və küçələri bağlamasını pisləyib.

-  55,7% tamamilə mənfi rəy verib.
- 38% - təqdir edib.
- 6,3%  cavab verməkdə çətinlik çəkib.

Ermənistan sakinlərinin yarıdan çoxu arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatı bəyənib.

-  35,1% tamamilə müsbət yanaşır.
- 17,8% – kifayət qədər müsbət yanaşır.
- 23,5% – tamamilə mənfi.
- 10% - kifayət qədər mənfi.
- 13,6%  cavab verməkdə çətinlik çəkib

Ermənistan vətəndaşlarının 27,8%-i baş nazir Nikol Paşinyanın işini müsbət qiymətləndirir.

- 9,1% tamamilə müsbətdir.
- 18,7% kifayət qədər müsbətdir.
- 18,6% bunu kifayət qədər mənfi qiymətləndirir.
- 41,1% bunu tamamilə mənfi qiymətləndirir.
- 12,5% qiymətləndirməkdə çətinlik çəkir.

Əgər gələn bazar günü parlament seçkiləri keçirilsəydi, respondentlərin

- 12,8 % “Mülki müqaviləyə”,

- 3,9 %i arxiyepiskop Baqrat Qalstanyanın partiyasına,

- 3,5 % Robert Köçəryanın “Ermənistan” blokuna səs verəcəkdi.

*Mayın 13-dən 14-dək Ermənistanda telefonla keçirilən sorğuda 1000 respondent iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
240
anspress.com

1Mənbələr