AZ

AMB-də kapital bazarının inkişaf perspektivləri müzakirə edilib

AMB-də

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əliyar Məmmədyarovun Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib.

AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı kapital bazarının cari ilin birinci rübü üzrə nəticələri və sektorun inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə ölkədə makroiqtisadi vəziyyət və kapital bazarının inkişafı üzrə cari dövrdə görülmüş işlərə dair təqdimat nümayiş olunub.

Həmçinin bu sektorda investorların və emitentlərin bazara çıxış imkanlarının genişləndirilməsi, rəqəmsal ticarət həllərinin müştərilərə təqdim edilməsinin təşviqi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
azertag.az

2Mənbələr